Yazılı kommunikasiya

yazılı deyimlərin verilməsini və qavrayışını doğuran proses.
Yazılı dil
Yazılı nitq
OBASTAN VİKİ
Kommunikasiya
Kommunikasiya [lat. communikato – rabitə, əlaqə] sözü aşağıda sadalanan mənalarda istifadə olunur: == Ədəbiyyat == R.Əliquliyev, S.Şükürlü, S.Kazımova. "Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər", Bakı, "İnformasiya Texnologiyaları", 2009, 201 s.
Yazılı dil
Yazılı dil yazılı ifadələr üçün bir ölkədə danışıq ləhcələrindən birinin qəbul edilmiş formasıdır. Standart dil ölçülü dil kimi də göstərilə bilər. Dünyada danışılan bəzi dillər tarixdən müasir dövrə kimi yazılı şəkildə istifadə olunmuş və zaman keçdikcə yazılı bir dil halına da gəlmişdir. Sözügedən yazılı dildən başqa, dünya dillərinin dialektləri və danışıq dilləri də vardır. Yazının ən erkən nümunələri Neolit dövrünə aiddir. O zaman, gil lövhələri əmtəənin sayını izləmək üçün işlənilirdi. Ən erkən yazılı dil isə e.ə. IV əsrə, Uruk şəhərinə aiddir. Tarixçilər yazının ixtirasını ibtidai icma quruluşu ilə tarix arasındaki sərhəd olaraq sayırlar. Beləliklə, proto-yazı ilə yazı arasındaki fərq qavrayış məsələsi olduğuna görə bu sərhəd dəqiq deyil.
Yazılı ünsiyyət
Yazı — səsli dilin norma ilə qavrayışını təmin edən işarələr qrupu. Yazı bəşəriyyətin ən böyük kəşflərdən biri hesab olunur. Yazı daşın, sümüyün, perqamentin, kağızın üstündə yaşayır. Yazının yaranmasının çox qədim tarixi var. Bəşəriyyətin ilk dövründə ünsiyyət yalnızca şifahi formada idi. İlk yazı nümunələri 7000 ilə yaxın tarixə malikdir və o vaxtdan bu günə uzun inkişaf yolu keçərək bugünkü formaya gəlib çatmışdır. Lap qədimdən insanlar ayrı-ayrı qəbilə şəklində yaşamışlar. Bu qruplar arasında əlaqələr zəif olmuşdur, lakin sonrakı dövrlərdə ictimai quruluş formalaşdıqca insan qrupları arasında siyasi, iqtisadi, və s. əlaqələr yarandı. Tayfalar müəyyən məqsədlər üçün əlaqə saxlamalı oldular.
Yazılı ünsiyət

Yazılı tarix
Yazılı tarix — tarixi qeydlərə və ya digər sənədli materiallara əsaslanan tarixi narrativ. Yazılı tarix keçmişin digər hekayələrindən, məsələn, miflərdən, şifahi ənənələrdən və ya maddi mədəniyyət ənənələrindən fərqlənir. Termin həm də tarixi dövr, tarixin yazılı fiksasiyasl dövrü, yəni yazılı tarixin mövcudluğu dövrü mənasında da işlənir. Yazılı tarix eramızdan əvvəl IV minillikdə Qədim Dünya dövründə tarixi qeydlərin meydana çıxması ilə başlayır. Yazılı mətnlərin nümunələri artıq e.ə. 1750-ci ildə Hammurapi məcəlləsi kimi tanınan qədim Mesopotamiyadan məlumdur. Bir sıra coğrafi bölgələrin və mədəniyyətlərin yazılı tarixi yazının qısa istifadəsi səbəbindən nisbətən qısadır. Üstəlik, bir mədəniyyət həmişə təbii fəlakətlərin təsiri haqqında tam məlumat və ya ayrı-ayrı şəxslərin adları kimi sonrakı tarixçilərə aid olan bütün məlumatları qeyd etmir. Belə ki, müəyyən sahələrdə yazılı tarix tam şəkildə qeydə alınmır və məhdudlaşır. Müxtəlif sahələrdə müxtəlif dövrləri əhatə edə bilər.
Elmi kommunikasiya
Elmi kommunikasiya – alim və mütəxəssislərin arasında elmi informasiya mübadiləsi; elmi kommunikasiya şərti olaraq formal (elmi və texniki sənədlərin nəşri və yayılması) və qeyri-formal (alim və mütəxəssislərin şəxsi əlaqələri, elmi konfranslarda, simpoziumlarda, konqreslərdə və digər elmi tədbirlərdə görüşləri və s.) kommunikasiyaya bölünür. == Ədəbiyyat == R.Əliquliyev, S.Şükürlü, S.Kazımova. Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər. Baki, İnformasiya Texnologiyaları, 2009, 201 s.
Kommunikasiya peykləri
Kommunikasiya peyki — sabit rabitə xidmətləri üçün dənizaltı fiberoptik rabitə şəbəkələrini tamamlayıcı bir texnologiyanı təmin edər. Rabitə şəbəkəsinin çata bilmədiyi coğrafi bölgələr və hərəkətli dəniz və hava vasitələri ilə, rabitə məqsədilə də istifadə edilməkdədirlər. == Fiziki səviyyə == Fiziki səviyyə bitlərin kanallar vasitəsilə siqnal olaraq göndərildiyi elektrik, vaxt və digər interfeysləri müəyyən edir. Fiziki səviyyə şəbəkənin qurulduğu təməldir. Fərqli növdən olan fiziki kanalların xüsusiyyətləri performansı müəyyən edirlər (məsələn, istehsal, gecikmə, səhv dərəcəsi), bu səbəbdən də şəbəkə məkanına səyahət üçün çox yaxşı bir yerdir. == Kommunikasiya peykləri == 1950-ci illərdə və 1960-cı illərin əvvəllərində insanlar metal hava şarları ilə siqnal göndərərək kommunikasiya sistemləri qurmağa çalışırdılar. Təəssüf ki, qəbul edilən siqnallar praktiki olaraq istifadə oluna bilməyəcək qədər zəif idi. Daha sonra ABŞ Donanması göydə hava şarına bənzəyən –Ayı kəşf etdi və yerlə göy arasında əlaqə yaradacaq bir əməliyyat sistemi qurdu. Səmavi ünsiyyət sahəsindəki irəliləyiş ilk kommunikasiya peykinin istifadəsinə qədər gözləmək məcburiyyətində qaldı. Süni peyklə real peyk arasındakı əsas fərq, süni olanın siqnalları göndərməmişdən əvvəl onları çoxaldaraq daha sonra güclü bir kommunikasiya sisteminə çevirməsidir.
Kommunikasiya sistemi
Kommunikasiya sistemi – hazırlıq, informasiya toplamaq, bölüşdürmək, habelə bilavasitə bazar subyektləri arasında kontaktların yaradılması ilə bağlı əməliyyatların məcmusundan ibarət olan bazar dövriyyəsi iştirakçılarının kompleks fəaliyyəti. == Ədəbiyyat == R.Əliquliyev, S.Şükürlü, S.Kazımova. Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər. Baki, İnformasiya Texnologiyaları, 2009, 201 s.
Rabitə, kommunikasiya
Kommunikasiya peyki
Kommunikasiya peyki — sabit rabitə xidmətləri üçün dənizaltı fiberoptik rabitə şəbəkələrini tamamlayıcı bir texnologiyanı təmin edər. Rabitə şəbəkəsinin çata bilmədiyi coğrafi bölgələr və hərəkətli dəniz və hava vasitələri ilə, rabitə məqsədilə də istifadə edilməkdədirlər. == Fiziki səviyyə == Fiziki səviyyə bitlərin kanallar vasitəsilə siqnal olaraq göndərildiyi elektrik, vaxt və digər interfeysləri müəyyən edir. Fiziki səviyyə şəbəkənin qurulduğu təməldir. Fərqli növdən olan fiziki kanalların xüsusiyyətləri performansı müəyyən edirlər (məsələn, istehsal, gecikmə, səhv dərəcəsi), bu səbəbdən də şəbəkə məkanına səyahət üçün çox yaxşı bir yerdir. == Kommunikasiya peykləri == 1950-ci illərdə və 1960-cı illərin əvvəllərində insanlar metal hava şarları ilə siqnal göndərərək kommunikasiya sistemləri qurmağa çalışırdılar. Təəssüf ki, qəbul edilən siqnallar praktiki olaraq istifadə oluna bilməyəcək qədər zəif idi. Daha sonra ABŞ Donanması göydə hava şarına bənzəyən –Ayı kəşf etdi və yerlə göy arasında əlaqə yaradacaq bir əməliyyat sistemi qurdu. Səmavi ünsiyyət sahəsindəki irəliləyiş ilk kommunikasiya peykinin istifadəsinə qədər gözləmək məcburiyyətində qaldı. Süni peyklə real peyk arasındakı əsas fərq, süni olanın siqnalları göndərməmişdən əvvəl onları çoxaldaraq daha sonra güclü bir kommunikasiya sisteminə çevirməsidir.
Media (kommunikasiya)
Media — kommunikasiyada məzmun saxlamaq və çatdırmaq üçün istifadə olunan kommunikasiya vasitələri və ya alətləri. Bu termin əsasən çap mediası, nəşriyyat, xəbər mediası, fotoqrafiya, kino, yayım (radio və televiziya), rəqəmsal media və reklam kimi kütləvi informasiya vasitələrinin kommunikasiya sənayesinin komponentlərinə aid edilir. Əhəmənilər dövləti (çaparxana) və Roma imperiyası da daxil olmaqla, poçt kimi uzun məsafəli rabitə sistemlərinə imkan verən erkən yazı və kağızın inkişafı medianın erkən formaları kimi şərh edilə bilər. Hovard Reynqold kimi yazıçılar insan kommunikasiyanın ilk formalarını, məsələn, Lasko mağara təsvirlərini və erkən yazıları medianın ilk formaları kimi qələmə vermişdilər. Media tarixinin başqa bir çərçivəsi Şove mağarasının təsvirləri ilə başlayır və insan ünsiyyətini qısa səs diapazonundan kənara çıxarmağın digər yolları ilə davam edir: tüstü siqnalları, iz işarələri və heykəllər. Kommunikasiya kanalları ilə bağlı müasir tətbiqində media termini ilk dəfə kanadalı kommunikasiya nəzəriyyəçisi Marşall MakLuhan tərəfindən "Counterblast" (1954) əsərində istifadə edilmişdir: "Media oyuncaq deyil; onlar Ana Qaz və Piter Pan rəhbərlərinin əlində olmamalıdır. Onları yalnız yeni rəssamlara həvalə etmək olar, çünki onlar sənət formalarıdır". 1960-cı illərin ortalarında bu termin Şimali Amerika və Birləşmiş Krallıqda geniş istifadə edilməyə başlanmışdır. Kütləvi informasiya vasitələri ifadəsi, Henri Luis Menkenə görə, ABŞ-də hələ 1923-cü ildə istifadə edilmişdir. == Elektron media == Telekommunikasiya sahəsindəki inkişaflar mediaya analoq və rəqəmsal media vasitəsilə uzun məsafəli bağlantı yaratmaq imkanı vermişdir.
Fiber-optik kommunikasiya
Fiber-optik kommunikasiya və ya lifli optik rabitə — optik lif vasitəsilə infraqırmızı işıq impulsları göndərməklə informasiyanı bir yerdən digərinə ötürmə üsulu. İşıq informasiyanı daşımaq məqsədilə modullaşdırılmış daşıyıcı dalğanın bir formasıdır. Yüksək buraxılış zolağı, elektromaqnit parazitlərinə qarşı dözümlülük tələb olunarkən lifli optik kabellərdən istifadə elektrik kabellərinin istifadəsinə nəzərən daha əlverişli xarakter alır. Optik lif bir çox telekommunikasiya şirkətinin telefon siqnallarını, internet rabitəsini və kabel televiziya siqnallarını ötürmək üçün istifadə edilir. Bell laboratoriyasının tədqiqatçıları lifli-optik kommunikasiyadan istifadə edərək saniyədə 100 petabit × kilometrdən artıq buraxılış-uzaqlıq məhsuldarlığına nail olmuşlar. == Fon == 1970-ci illərdə inkişaf etməyə başlayan lifli-optika, telekommunikasiya sənayesində inqilab etdi və informasiya dövrünün inkişafında böyük rol oynadı. Elektrik ötürülməsindən üstünlüklərdən ötəri, optik liflər əsasən inkişaf etmiş dünyanın əsas şəbəkələrində mis naqilli rabitə əvəz etmişdir. Lifli optikadan istifadə etməklə rabitənin qurulması prosesi aşağıdakı əsas addımları əhatə edir: vericinin istifadəsi ilə optik siqnal yaradılır, adətən, elektrik siqnalından istifadə etməklə siqnalın lif boyunca ötürülməsi, siqnalın çox təhrifli və zəif olmamasını təmin edilməsi optik siqnalın qəbulu elektrik siqnalına çevrilməsi == Texnologiya == Optik lifli kabel işıq impulslarını keçirə bilən şəffaf şüşə və ya plastik nüvədən ibarətdir. Nüvə işığı qaytaran qatla əhatə olunmuşdur. Qaytarıcı qat öz növbəsində, plastikdən olan qoruyucu qat ilə örtülmüşdür.
Federal Kommunikasiya Komissiyası
Federal Kommunikasiya Komissiyası (FKK) (ing. Federal Communications Commission) — ABŞ-də radio, televiziya, simli, peyk və kabel kommunikasiyasını tənzimləyən müstəqil agentlik. FKK genişzolaqlı şəbəkəyə çıxış, ədalətli rəqabət, radiotezlikdən istifadə, media məsuliyyəti, ictimai təhlükəsizlik və vətən təhlükəsizliyi (ing. homeland security) sahələrində yurisdiksiyasını saxlayır. FKK 1934-cü ildə qəbul edilmiş Kommunikasiya Aktı əsasında Federal Radio Komissiyasının radio tənzimləmə funksiyalarını əvəz etmək üçün yaradılmışdır. Daha sonra simli kommunikasiya tənzimləməsini Ştatlararası Kommersiya Komissiyasından təhvil almışdır. FKK-nın səlahiyyətli yurisdiksiyası 50 ştatı, Kolumbiya dairəsini və ABŞ-nin ərazilərini əhatə edir. O həmçinin Şimali Amerikanın digər ölkələrindəki oxşar kommunikasiya qurumları üçün müxtəlif səviyyələrdə əməkdaşlıq, nəzarət və liderlik təmin edir. FKK tamamilə tənzimləyici haqlar hesabına maliyyələşdirilir. Agentliyin 2022-ci ilə olan büdcəsi 388 milyon ABŞ dolları təşkil etmişdi.
Sualtı kommunikasiya kabeli
Sualtı kommunikasiya kabeli — telekommunikasiya siqnallarını okean və dəniz boyunca daşımaq üçün quruda yerləşən stansiyalar arasında okean yatağına çəkilmiş kabel. 1850-ci illərdən başlayaraq çəkilmiş ilk sualtı kommunikasiya kabelləri (məsələn, 1858-ci il avqustun 16-da fəaliyyətə başlayan ilk transatlantik teleqraf kabeli) teleqraf trafikini daşıyaraq qitələr arasında ilk ani telekommunikasiya əlaqələrini yaradıb. Sualtı kabellər ilk dəfə 1871-ci ildə, Yavanın Darvinə qoşulması zamanı bütün dünya qitələrini (Antarktidadan başqa) birləşdirdi. 1872-ci ildə Avstraliya Yerüstü Teleqraf Xəttinin tamamlanması ilə Adelaidaya və oradan da Avstraliyanın qalan hissəsinə qoşuldu. Kabellərin sonrakı nəsilləri telefon trafikini, daha sonra isə məlumat kommunikasiya trafikini daşıyırdı. Bu ilk kabellər öz nüvələrində mis məftillərdən istifadə edirdilər, lakin müasir kabellər telefon, internet və şəxsi məlumat trafiki daxil olmaqla rəqəmsal məlumatları daşımaq üçün optik lif texnologiyasından istifadə edir. Müasir kabellərin diametri təxminən 25 mm-dir və çəkilişin böyük hissəsini təşkil edən dərin dəniz hissələri üçün hər kilometri təxminən 1,4 ton ağırlığındadır. Baxmayaraq ki, sahilə yaxın dayaz su hissələri üçün daha böyük və daha ağır kabellər istifadə olunur. Vilyam Kuk və Çarlz Vitston 1839-cu ildə üzərində işlədikləri teleqrafı təqdim etdikdən sonra Atlantik okeanında sualtı xəttin çəkilməsi ideyası gələcəyin mümkün zəfəri kimi düşünülməyə başladı. Samuel Morze buna inandığını hələ 1840-cı ildə elan etmişdi.
İnformasiya-kommunikasiya texnologiyaları
İnformasiya və kommunikasiya texnologiyaları (İKT) — vahid kommunikasiya və telekommunikasiya (telefon xətləri və simsiz siqnallar) və kompüterlərin inteqrasiyasının rolunu vurğulayan informasiya texnologiyaları (İT), eləcə də istifadəçilərə əldə etmək, saxlamaq, ötürmək, anlamaq və manipulyasiya etmək imkanı verən zəruri korporativ proqram təminatı, aralıq proqram, yaddaş və audiovizual üçün genişləndirilmiş termin. İKT audiovizualların və telefon şəbəkələrinin vahid kabel və ya keçid sistemi vasitəsilə kompüter şəbəkələri ilə konvergensiyasına istinad etmək üçün də istifadə olunur. Telefon şəbəkələrini kabelləşdirmə, siqnal paylama və idarəetmənin tək vahid sistemindən istifadə edərək kompüter şəbəkəsi sistemi ilə birləşdirmək üçün böyük iqtisadi stimullar mövcuddur. İKT radio, televiziya, mobil telefonlar, kompüter və şəbəkə avadanlığı, peyk sistemləri və s., eləcə də onlarla birlikdə videokonfrans və distant təhsil kimi müxtəlif xidmətlər və cihazları əhatə edən hər hansı kommunikasiya cihazını əhatə edən ümumi termindir. İKT həm də analoq texnologiyanı və kommunikasiyanı ötürən istənilən rejimi əhatə edir. İKT geniş mövzudur və onun konsepsiyaları daim inkişaf edir. O, məlumatları rəqəmsal formada elektron şəkildə saxlayan, əldə edən, manipulyasiya edən, ötürən və ya qəbul edən istənilən məhsulu əhatə edir. "İnformasiya Əsri üçün Bacarıqlar Çərçivəsi" XXI əsrdə İKT mütəxəssisləri üçün səriştələrin təsviri və idarə edilməsi üçün bir çox modellərdən biridir. "İnformasiya və kommunikasiya texnologiyaları" ifadəsi 1980-ci illərdən akademik tədqiqatçılar tərəfindən istifadə olunur. "İKT" abbreviaturası 1997-ci ildə Dennis Stivenson tərəfindən Böyük Britaniya hökumətinə təqdim edilən hesabatda, daha sonra 2000-ci ildə İngiltərə, Uels və Şimali İrlandiya üçün yenidən işlənmiş Milli Kurikulumda istifadə edildikdən sonra populyarlaşıb.
Kompüter vasitəçiliyi ilə kommunikasiya
Kompüter vasitəçiliyi ilə kommunikasiya (ing. computer-mediated communication, СМС) — iki və ya daha çox elektron cihazın istifadəsi ilə baş verən hər hansı insan kommunikasiyası. Termin ənənəvi olaraq kompüter vasitəçiliyi formatları (məsələn, ani mesajlaşma, e-poçt, söhbət otaqları, onlayn forumlar, sosial şəbəkə xidmətləri) vasitəsilə baş verən rabitələrə aid edilir. Lakin mətnlə mesajlaşma kimi mətnə əsaslanan qarşılıqlı əlaqənin digər formalarına da tətbiq edilmişdir. CMC ilə bağlı tədqiqatlar əsasən kompüter tərəfindən dəstəklənən müxtəlif kommunikasiya texnologiyalarının sosial təsirlərinə diqqət yetirir. Bir çox son tədqiqatlar sosial proqram təminatı ilə dəstəklənən və internetə əsaslanan sosial şəbəkələri əhatə edir. == Formaları == Kompüter vasitəçiliyi ilə kommunikasiya iki formaya bölünür: sinxron və asinxron. Sinxron kompüter vasitəçiliyi real vaxt rejimində baş verən ünsiyyətə aid edilir. Bütün tərəflər eyni vaxtda ünsiyyətdə olurlar; lakin onların hamısının eyni yerdə olması mütləq deyil. Sinxron rabitə nümunələri video söhbətlər və "FaceTime" audio zəngləridir.
İnformasiya və kommunikasiya texnologiyaları
İnformasiya və kommunikasiya texnologiyaları (İKT) — vahid kommunikasiya və telekommunikasiya (telefon xətləri və simsiz siqnallar) və kompüterlərin inteqrasiyasının rolunu vurğulayan informasiya texnologiyaları (İT), eləcə də istifadəçilərə əldə etmək, saxlamaq, ötürmək, anlamaq və manipulyasiya etmək imkanı verən zəruri korporativ proqram təminatı, aralıq proqram, yaddaş və audiovizual üçün genişləndirilmiş termin. İKT audiovizualların və telefon şəbəkələrinin vahid kabel və ya keçid sistemi vasitəsilə kompüter şəbəkələri ilə konvergensiyasına istinad etmək üçün də istifadə olunur. Telefon şəbəkələrini kabelləşdirmə, siqnal paylama və idarəetmənin tək vahid sistemindən istifadə edərək kompüter şəbəkəsi sistemi ilə birləşdirmək üçün böyük iqtisadi stimullar mövcuddur. İKT radio, televiziya, mobil telefonlar, kompüter və şəbəkə avadanlığı, peyk sistemləri və s., eləcə də onlarla birlikdə videokonfrans və distant təhsil kimi müxtəlif xidmətlər və cihazları əhatə edən hər hansı kommunikasiya cihazını əhatə edən ümumi termindir. İKT həm də analoq texnologiyanı və kommunikasiyanı ötürən istənilən rejimi əhatə edir. İKT geniş mövzudur və onun konsepsiyaları daim inkişaf edir. O, məlumatları rəqəmsal formada elektron şəkildə saxlayan, əldə edən, manipulyasiya edən, ötürən və ya qəbul edən istənilən məhsulu əhatə edir. "İnformasiya Əsri üçün Bacarıqlar Çərçivəsi" XXI əsrdə İKT mütəxəssisləri üçün səriştələrin təsviri və idarə edilməsi üçün bir çox modellərdən biridir. "İnformasiya və kommunikasiya texnologiyaları" ifadəsi 1980-ci illərdən akademik tədqiqatçılar tərəfindən istifadə olunur. "İKT" abbreviaturası 1997-ci ildə Dennis Stivenson tərəfindən Böyük Britaniya hökumətinə təqdim edilən hesabatda, daha sonra 2000-ci ildə İngiltərə, Uels və Şimali İrlandiya üçün yenidən işlənmiş Milli Kurikulumda istifadə edildikdən sonra populyarlaşıb.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (rəsmi adı: “İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi” publik hüquqi şəxs) — Azərbaycan Respublikasındakı publik hüquqi şəxslərdən biri. Mərkəz Bakı şəhərində yerləşir. İcraçı Direktoru Vüsal Qasımlıdır. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (IITKM) Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2016-cı il 20 aprel tarixli 879 nömrəli Fərmanı əsasında yaradılıb. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) fəaliyyətinin məqsədləri ölkənin dayanıqlı iqtisadi inkişafının təmin edilməsi istiqamətində makro və mikro iqtisadi səviyyədə təhlil və tədqiqatlar aparmaqla, analitik məlumatlar əsasında iqtisadi islahatların həyata keçirilməsi üçün təkliflər hazırlamaq, dövlət orqanlarını və qurumlarını həmin proqnozlarla təmin etməkdən, həmçinin iqtisadiyyatın müxtəlif sahələrində Azərbaycan Respublikasının nailiyyətlərinin təbliğini təşkil etməkdən ibarətdir İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi üç əsas funksional istiqaməti əhatə edir: İqtisadi təhlil; Monitorinq və qiymətləndirmə; İslahatların və iqtisadi nailiyyətlərin kommunikasiyası. Aparılan iqtisadi islahatların əhatə dairəsinin genişləndirilməsini və bu sahədə işlərin səmərəli əlaqələndirilməsini təmin etmək. Mərkəz Müşahidə Şurası və İcraçı direktor tərəfindən idarə olunur. 20 aprel 2016-cı il tarixli 879 nömrəli Fərmana əsasən Mərkəzin fəaliyyətinə ümumi rəhbərliyi 3 nəfərdən ibarət Müşahidə Şurası həyata keçirir. Şuranın sədrini və digər üzvlərini Azərbaycan Respublikasının Prezidenti vəzifəyə təyin və vəzifədən azad edir. Şura üzvlərinin səlahiyyət müddəti 5 ildir.
İnformasiya Texnologiyaları və Kommunikasiya Qurumu (Türkiyə)
İnformasiya Texnologiyaları və Kommunikasiya Qurumu (İTKQ; türk. Bilgi Teknolojileri ve İletişim Kurumu, qısaca BTK) — Türkiyənin milli telekommunikasiya tənzimləmə və təftiş orqanı. Əvvəllər Telekommunikasiya Qurumu (Telekomünikasyon Kurumu) kimi tanınırdı. Radio və televiziya yayımları başqa bir dövlət qurumu olan RTÜK-ə tabedir. Telekommunikasiya orqanı 29 yanvar 2000-ci il tarixli 4502 saylı qanuna əsasən təsis edilmişdir. Bu qanun, digərləri ilə yanaşı, Nəqliyyat Nazirliyinin öhdəliklərinə toxunmuş və "Türkiyədə ilk sektora xüsusi tənzimləyici kimi müstəqil telekommunikasiya tənzimləyici orqanı olan Telekommunikasiya Qurumunu yaratmaqla hökumətin siyasət və tənzimləmə funksiyalarını ayırmışdır. Nəticədə, Nəqliyyat Nazirliyinin tənzimləyici funksiyaları prinsip etibarı ilə quruma verilmiş və simsiz rabitə haqqında qanuna (2813 saylı qanun, 7 aprel 1983-cü il) əsasən radiotezliklərin idarə edilməsinə cavabdeh olan dövlət orqanı olan Radiorabitə Baş İdarəsi ləğv edilmiş və onun bütün funksiyaları Telekommunikasiya Qurumuna verilmişdir". 5 noyabr 2008-ci ildə Türkiyənin qanunverici orqanı adətən Elektron Kommunikasiya Qanunu (EKQ) kimi tanınan 5809 saylı qanunu qəbul etmişdir. Bu qanunun məqsədi qısaca olaraq "qanunvericilikdəki səliqəsizliyi aradan qaldırmaq, sektorda rəqabət yaratmaq, operatorlar üçün qeyri-müəyyənliyi azaltmaq və elmi-tədqiqat işlərinə resurslar ayırmaq" kimi təsvir edilmişdir. EKQ-ə əsasən, İTKQ-nin strukturu 4 vitse-prezident, 17 departament, 5 ofis, 1 hüquq konsaltinq ofisi və 5 departamentli Telekommunikasiya Kommunikasiya Rəhbərliyindən ibarətdir.
Kitabi Dədə Qorqud: yazılı epos və ya epopeya
Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyası
Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyası — İctimai Birliyi, qeyri-kommersiya təşkilatıdır, ümumi maraqlar əsasında birləşmiş, üzvlərin hüquqi bərabərliyi prinsipləri əsasında yaradılan qeyri-hökumət təşkilatıdır. Fəaliyyəti Azərbaycan Respublikasının ərazisini əhatə edir. == Tarixi == "Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyası" 12 avqust 2011 tarixində Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 1111-Q37–2974 nömrəli qərarı ilə "İctimai Birlik" kimi qeydiyyatdan keçib. 26 iyul 2022 tarixində "Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyası" İctimai Birliyinin idarə heyəti növbəti iclası keçirib. Toplantıda İTK müttəxəssisi Elvin Abbasov birliyə yeni rəhbər seçilib. Birliyin yeni dövr üçün fəaliyyəti "Texnologiya bütün sahələri birləşdirən dəyər zənciridir" şüarı ətrafında tənzimlənəcək. Birliyin misyası; İKT sektorunun davamlı inkişafı vǝ rǝqabǝt qabiliyyǝtini artırmaq, qlobal rǝqabǝtçiliyǝ yüksǝlmǝk. Vizyonu; Müasir elm vǝ texnoloji nailiyyǝtlǝrǝ ǝsaslanan innovasiya vǝ yüksǝk texnologiya sahǝlǝrində inkişaf etmiş ən güclü ölkəyə verilmək. == Fəaliyyəti == Birliyin fəaliyyət pridmeti və məqsədi Azərbaycan Respublikasında fəaliyyət göstərən informasiya-kommunikasiya infrastrukturunun təkmilləşdirilməsinə və inkişafına dəstək vərmək, onların sosial-iqtisadi, məlumat və digər inkişaf proqramlarını inkişaf etdirmək və bu sahədə elmi bilgiləri artırmaqlarına köməklik göstərmək. Ölkəmizdə fəaliyyət göstərən yerli və xarici şirkətlərin həmcinin İKT sahələri üzrə peşə fəaliyyətləri ilə məşqul olan şəxslərin kütləviləşməsinə şəraət yaratmaq, Birliyin bir digər məqsədi Azərbaycanı İKT sahəsi üzrə beynəlxalq formlarda layiqincə təmsil etmək, bu sahədə həyata keçirilən dövlət siyasətinə uygun fəalliyyət göstərməkdədir.